Ən çox soruşulanların hamısı burada. Cavabını tapmadın? Bizə yaz.
Sesly sizin xidmət siyahınızı, qiymətinizi, iş saatınızı və personalınızı bilir — 5 dəqiqəyə dolduran addım-addım wizard var. Bot yalnız sizin biznesinizdən danışır. Test rejimində özünüz yoxlaya bilərsiniz.
Sesly insan kimi yazır — sizin tonunuzda, Azərbaycanca. Müştəri çox vaxt botla danışdığını anlamır. Mürəkkəb hal olsa, bot dərhal sizə ötürür və siz davam edirsiniz.
10 dəqiqə. WhatsApp Business hesabını qoşursunuz, xidmətlərinizi yazırsınız, hazır. Çətin olsa, biz pulsuz quraşdırırıq — sadəcə yazın.
Pro plan ₼50/ay — günə ₼1.67. 1 cavabsız müştəri adətən ₼50 itki = düz 1 ay Sesly. İlk 7 gün tam pulsuz, kart lazım deyil.
Bəli — Azərbaycan, rus, ingilis. Bot müştərinin mesajının dilini avtomatik təyin edir və həmin dildə cavab verir. Sizin tərəfinizdən heç bir tənzim yoxdur.
Bəli. WhatsApp + Telegram bir botda. Müştəri istədiyi kanaldan yaza bilər — eyni cavablar, eyni randevu cədvəli, eyni dashboard.
Bəli. Bütün məlumatlar şifrəli saxlanılır, üçüncü tərəfə ötürülmür, GDPR uyğundur. Hər zaman ixrac və ya silə bilərsiniz. Datanız yalnız sizindir.
100% pulsuz. Kart yoxdur, gizli ödəniş yoxdur. 7 gündən sonra avtomatik ödəniş olmur — davam etməyi siz seçirsiniz.
Bəli, WhatsApp Business hesabı lazımdır. Onu pulsuz əldə etmək üçün addım-addım kömək edirik. Quraşdırma 5–10 dəqiqə çəkir.
Dashboard-da bir kliklə "Google ilə qoş" düyməsini basırsınız, hesabınızı seçirsiniz. Bundan sonra hər təsdiqlənmiş randevu avtomatik təqviminizə düşür.